Pakistanda koronavirusun “Delta” ştammına yoluxan 106 yaşlı qadın sağalıb.
7Times.az xəbər verir ki, bu haqda məlumatı “ARY News” telekanalı yayıb. Məlumata əsasən, 106 yaşlı Hasin Bibi Karaçi şəhərinin xəstəxanalarının birində müalicə alıb və sağaldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, COVİD-19-un “Delta” ştammı (B.1.617) ilk dəfə 2020-ci ilin oktyabr ayında Hindistanda aşkar olunub. Daha sonradan bu ştammın 3 fərqli mutasiya olmuş variantları (B.1.617.1, B.1.617.2 və B.1.617.3) da aşkar olunub.
Qafqazinfo