Zəngəzur vilayətində “Tatev qanadları” adlı kanat yolunun fəaliyyətinin dayanması səbəbindən 30-a yaxın şəxs kabinələrdə köməksiz vəziyyətdə qalıb.
7times.az xəbər verir ki, bu barədə “Sputnik”in Ermənistan bölməsi məlumat yayıb.
Bildirilib ki, şimşək təhlükəsindən dolayı kanata elektrik enerjisinin verilişi dayandırılıb.
Məlumata görə, 3 saatdan sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları insanları kabinədən çıxarmağı bacarıb. Axar.az
Follow @7timesaz