Hollivud ulduzu Ancelina Colinin şəxsi həyatı haqqında yeni xəbərlər yayılıb.
7Times.az xəbər verir ki, aktrisanın bioqrafiyasını qələmə alan qalmaqallı yazıçı Endryu Morten kitabında Ancelinanın 16 yaşındaykən anası Marşelin Bertnanın sevgilisi ilə cinsi əlaqədə olduğu qeyd edib.
Baş verənlərdən sonra uzun illər anası ilə münasibətləri pozulan aktrisa onun vəfatı zamanı çox pis olub. Uzun müddət depressiya yaşayıb.
Bəzi mənbələrin məlumatına görə, Ancelinanın anası Marşelin sevgilisi olan gənci çox sevib. Buna görə də qızının onunla cinsi əlaqədə olması qadını çox sarsıdıb.
Xatırladaq ki, Ancelina Colinin anası 2007-ci ildə dünyasını dəyişib.
Follow @7timesaz