“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanması nəticəsində dünyanın ən zəngin insanları siyahısında bir pillə geriləyib.
Bu barədə 7Times.az “Forbes” jurnalına istinadən xəbər verir.
Belə ki, o, keçmiş həyat yoldaşına 5,6 milyard ABŞ dolları verdikdən sonra dördüncü pillədən beşinciyə enib. Hazırda Qeytsin varidatı 129,6 milyard ABŞ dolları təşkil edir.
Dördüncü yerdə isə “Facebook”un qurucusu Mark Tsukerberq qərarlaşıb.