Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.
7Times.az xəbər verir ki, Ankara-Uşak avtomobil yolunda hərəkət edən avtobus aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 30 nəfər yaralanıb.
Hadisənin sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.
Hazırda qəza baş verən əraziyə çox sayda polis, yanğınsöndürən və təcili yardım maşınları gətirilib.
Follow @7timesaz