Dünya

Uhanın 11 milyon əhalisi 5 günə peyvəndləndi

Uhanın 11 milyon əhalisi 5 günə peyvəndləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uhan şəhərinin yerli hakimiyyəti 5 gün ərzində 11,28 milyon yerli sakini koronavirus testindən keçirib. 

7Times.az  xəbər verir ki, bu haqda məlumatı “Global Times” yayıb. Məlumata əsasən, 5 gün ərzində şəhərin demək olar ki, bütün sakinləri COVID-19 testindən keçirilib. Bildirilir ki, şəhərin ümumi əhalisi 12,3 milyon nəfər təşkil edir. 6 yaşdan aşağı uşaqlar və yay tətili səbəbindən Uhan şəhərindən getmiş tələbələr istisna təşkil edir və onlar testdə iştirak etməyib.

“Xinhua” agentliyinin məlumatına görə, aparılan kütləvi test nəticəsində yalnız 9 yoluxma halı qeydə alınıb. Yoluxmuş şəxslər isə öz növbəsində dərhal karantinə göndərilib.

Qeyd edək ki, Uhan əhalinin kütləvi COVID-19 testindən keçiriləcəyini keçən həftə elan etmişdi. Bu zaman bir neçə yeni yoluxma halı qeydə alınıb. Bu ana qədər isə artıq 1 ildən çoxdur ki, Uhanda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.