Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bu barədə 7Times.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Follow @7timesaz