“Rusiya həm ikitərəfli formada, həm də KTMT çərçivəsində Ermənistanla hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.
7Times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistanın müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən deyib.
S. Şoyqunun sözlərinə görə Moskva Ermənistan ordusunun modernləşdirilməsinə və islahatlar aparmağa köməyini davam etməyə hazırdır.
Follow @7timesaz