Yunanıstan polisi meşələri bilərəkdən və ya ehtiyatsızlıqdan yandıran 118 nəfəri saxlayıb, nəticədə 18 nəfər həbs olunub.
Bu barədə 7Times.az ölkənin “Skai TV” telekanalına istinadən xəbər verir.
Onun məlumatına görə, həmin şəxslər 4-11 avqust tarixlərində saxlanılıb. Yanğın törətməkdə şübhəli bilinənlərin yaşı 15-78 arası dəyişir.
Telekanal bildirir ki, daha 8 nəfər yanğın nəticəsində dağılmış evlərdən əşya oğurladığına görə həbs olunub.
Qeyd edək ki, bir həftədir ölkədə meşə yanğınları tüğyan edir. Meşələrin, milli parkların, təbiət ərazilərinin ziyarətinə qoyulan qadağan avqustun 13-dək uzadılıb.
Follow @7timesaz