Əfqanıstan hökuməti “Taliban” hərəkatına dövlətin idarəsində iştirak etməyi təklif edib.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” yayıb. Bildirilir ki, Əfqanıstan hökumətinin şərtinə əsasən, “Taliban” hərəkatı zorakılığı dayandırdığı halda dövlətin idarəsində iştirak edə bilər.
Həmçinin qeyd olunur ki, bu təklif hazırda Əfqanıstan və sözügedən hərəkat arasında danışıqların getdiyi Qətər vasitəsilə qarşı tərəfə çatdırılıb.
Follow @7timesaz