Maqazin

Məşhur müğəninin atası qızının qəyyumu olmaqdan imtina etdi

Məşhur müğəninin atası qızının qəyyumu olmaqdan imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirs qızı üzərində qəyyumluqdan imtina edib.

Bu barədə 7Times.az “Variety” jurnalına istinadən xəbər verir.

Onun məlumatına görə, Spirsin vəkili Los-Anceles (Kaliforniya ştatı) məhkəməsinə müvafiq bildiriş göndərib.

Təqdim olunan vəsatətə görə, müğənninin atası Britni Spirsin vəkili Mettyu Rozenqartın tələb etdiyi kimi, ifaçının maliyyə məsələlərinə nəzarət hüququnu peşəkar auditora vermək üçün məhkəmə ilə əməkdaşlıq etməyə hazırdır.

Daha əvvəl ABŞ-ın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında çıxış edən B. Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş etmişdi.

Qafqazinfo