Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib
7times.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Corat”, “Buzovna” sularda xilasetmə məntəqələrinin ərazisində və 4 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.
Follow @7timesaz