Əfqanıstan Prezidenti Əşrəf Qəni səlahiyyətlərini təhvil verməyə hazırlaşır.
7times.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.
“Səlahiyyətlərin təhvil verilməsi prosesi bu gün prezident sarayında baş tutacaq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, hazırda Kabildə Talibanla Əfqanıstan hökuməti arasında danışıqlar aparılır.
Follow @7timesaz