Əfqanıstanın ilk qadın bələdiyyə sədri olan Zarifa Qafari “Taliban”dan qorxduğunu bildirib.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Zarifa Qafari özü məlumat yayıb.
Əfqanıstanda 2018-ci ildən “Meydan-Vardak” əyalətinin ilk qadın bələdiyyə sədri olan Zarifa Qafari “Taliban”ın ölkəni işğal etdiyindən sonra qorxduğunu bəyan edib.
O bildirib: “Oturmuşam və terrorçuların gəlməyini gözləyirəm. Mənə və ailəmə kömək edəcək heç kim yoxdur. Mənim kimi insanların arxasınca gedib öldürəcəklər. Ailəmi tərk edə bilmərəm. Onsuz da hara gedə bilərəm ki?”
Qafari qeyd edib ki, ona qarşı dəfələrlə sui-qəsd təşkil edilib:
“Mənə dəfələrlə sui-qəsd hazırlansa da, Allahın köməkliyi ilə mən bunlardan qurtuldum və hal-hazırda da Səhiyyə Nazirliyi tərəfindən qorunuram”.
Follow @7timesaz