“Taliban” hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə çağırıb.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.
“Biz qadınların qurban olmasını istəmirik”, – deyə hərəkatın nümayəndəsi kanala açıqlamasında qeyd edib.
Qeyd edək ki, “Taliban” hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrini tutmağa başlayıb. Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb.