Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh özünü müvəqqəti prezident elan edib.
7times.az xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
O bəyan edib ki, Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezidentin olmaması, qaçması və ya istefa verməsi halında avtomatik olaraq müvəqqəti prezident səlahiyyətləri ona keçir.
“Hazırda ölkəmdəyəm və qanunən Prezident səlahiyyətləri məndədir”, – o yazıb.
O, xalqını Talibana müqavimət göstərməyə çağırıb, mərhum əfqan lider Əhməd Şah Məsudun ruhuna və mirasına heç vaxt xəyanət etməyəcəyini açıqlayıb. Qafqazinfo.az