Ukraynanın tanınmış siyasi təhlilçisi Yuriy Romanenko mətbuatda ABŞ -ın Əfqanıstandan gedişi ilə məğlubiyyətə uğraması ilə bağlı analitik təhlillə çıxış edib.
7times.az Ukrayna mediasına istinadən xəbər verir ki, ekspert deyib ki, ABŞ-ın bu son vəziyyəti anlaşılan deyil:
“Üstəlik, Əfqanıstan ABŞ-ın hərbi müttəfiqi idi. Bəs hansı səbəbdən Birləşmiş Ştatlar bu ölkəni tərk etdi?! Görəsən, Ukrayna ilə bağlı amerikalılar bu cür davranacaqlar?
Əfqanıstan faciəsi göstərir ki, amerikalılar özü üçün savaşmağa hazır deyilsə, müttəfiqlərini qorumaları qeyri-mümkündür. Görünür, onları hətta Ukrayna narahat etmir”.
Romanenko yazır ki, Əfqanıstan ordusunun bir neçə həftə ərzində süqutu artıq yalnız bir dərslik nümunəsidir. KONKRET.az
Follow @7timesaz