Dünya

“Taliban” “CNN”in çəkiliş qrupuna hücum etdi – Video

“Taliban” “CNN”in çəkiliş qrupuna hücum etdi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabildə baş verən hadisələri dünyaya çatdıran “CNN” telekanalının müxbiri Clarissa Ward yenidən gündəmə gəlib. 

7Times.az xəbər verir ki, Ward və telekanalın çəkiliş qrupu canlı yayında olarkən “Taliban” yaraqlılarının hücumuna məruz qalıb.

Belə ki, məşhur müxbir Kabil hava limanı ətrafında yaşanan vəziyyəti göstərməyə çalışdığı zaman bir qrup əfqan ona yaxınlaşıb və ölkədən getməklə bağlı məsləhət almaq istəyib. Bu zaman kütləni dağıtmaq istəyən “Taliban” yaraqlıları onlara yaxınlaşıb və havaya atəş açmaq üçün hazırlıq görüb. Hətta Clarissa Warddan üzünü örtməsini də tələb ediblər.

Ward insidentdən sonra “CNN” telekanalına bildirib ki, əli silahlı “Taliban” nümayəndəsi silahını çəkiliş heyətinə tuşlayıb. Bunun ardınca, çəkiliş heyəti həyatlarını təhlükəyə atmamaq üçün hadisə yerindən qaçmalı olub.

Eyni zamanda, “CNN” nümayəndəsi telefonu ilə video çəkərkən iki “Taliban” yaraqlısı silahlarını qaldıraraq hücuma hazır şəkildə müxbirlərə doğru hücum çəkib. O zaman digər bir “Taliban” üzvü hadisəyə müdaxilə edib və çəkiliş qrupunun xəbər vermə hüququnun olduğunu bildirib və yalnız bundan sonra onların getmələrinə icazə verilib.