Ailə həyatı qurmağa hazırlaşan Peris Hiltonun toyundan sənədli film hazırlanacaq.
7Times.az xəbər verir ki, bu barədə məlumatı amerikalı aktrisa şoumen Cimmi Fellonun verilişinə qonaq olarkən açıqlayıb.
Onun sözlərinə görə, toyundan hazırlanan sənədli film “Peacock” adlı rəqəmsal platformada yayımlanacaq.
Peris Hilton həmçinin qeyd edib ki, toy bir çox tədbir də daxil olmaqla 3 gün davam edəcək. Aktrisa 3 günlük toy zamanı 10 fərqli gəlinlik geyəcəyini də bildirib.
Qeyd edək ki, 40 yaşlı Peris Hiltonun sevgilisi Karter Rum fevralın 17-si aktrisanın ad günündə ona evlilik təklifi edib.
Follow @7timesaz