Əlcəzairin şərqində yerləşən M’sila əyalətində qum fırtınası baş verib.
7Times.az xarici KİV-nə istinadən xəbər verir ki, əyalətin Ain El-Hajal bölgəsində baş verən qum fırtınası zamanı səma qızılı rəngə boyanıb.
Məlumata əsasən, qum fırtınası nəticəsində görmə məsafəsi əhəmiyyətli dərəcədə azalıb və avtomobillərin hərəkətinə maneə yaradıb.
Bununla yanaşı, tənəffüs problemi olan şəxslərə mümkün qədər çölə çıxmamaları tövsiyə edilib.
Follow @7timesaz