Son dönəmlərdə çəki itirməsi ilə diqqət çəkən Şimlai Koreya lideri Kim Çen Inla bağlı yenilik gündəmə gəlib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya rəsmiləri əhalinin onun kilolarından danışmasını yasaqlayıb.
Kim Çen Inın 44 kiloqram arıqlaması bir sıra söz-söhbətlərə yol açıb. Belə ki, bəzi fərziyyələrə görə, o, xəstəlik səbəbindən kəskin çəki itirib, bəziləri isə iddia edir ki, ölkə koronavirus pandemiyasına görə çətin dönəmdən keçir, buna görə Kim Çen In arıqlayaraq, vətəndaşlara “kəmərləri sıxın” mesajı verib.
Yayılan dedi-qoduların qarşısını almaq mümkün olmadığı üçün bu barədə danışmaq tamamilə yasaqlanıb.“Qafqazinfo”
Follow @7timesaz