Madrid “Real”ının keçmiş baş məşqçisi Zinəddin Zidan Əlcəzairdə meşə yanğınlarına qarşı mübarizə məqsədilə yerli qurumlara maliyyə yardımı göstərib.
Sports.ru xəbər verir ki, 49 yaşlı idman mütəxəssisi bu məqsədlə 2 milyon avro ayırıb.
Ölkədəki meşə yanğınları nəticəsində artıq 65 nəfərin öldüyü bildirilib.
Qeyd edək ki, Zidan Marseldə doğulsa da, əslən Əlcəzairin şimalındakı bərbər xalqlarındandır.
Follow @7timesaz