Dünya

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Rusiyaya getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan nümayəndə heyəti “Ordu-2021” hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 22 -də Rusiyaya işgüzar səfər edib.

7times.az xəbər verir ki, bu barədə bazar günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan nümayəndə heyəti “Ordu-2021” hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

Beynəlxalq Ordu Oyunlarının təşkilatçısı Rusiya Federasiyasının Müdafiə Nazirliyidir.

2021-ci ildə Beynəlxalq Ordu Oyunları 22 avqust – 4 sentyabr tarixlərində Ermənistan da daxil olmaqla 11 dövlətin ərazisində keçiriləcək. 40 -dan çox ölkədən 5 mindən çox hərbçi sahə, hava və dəniz hazırlığı üzrə 34 yarışda mübarizə aparacaq.