Böyük Britaniyanın Səhiyyə xidməti AVRO-2020 ilə bağlı araşdırmalar aparıb.
7times.az “BBC”yə istinadla xəbər verir ki, qurum çempionat zamanı koronavirusa yoluxmaların sayını müəyyənləşdirib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən 8 matçı koronavirusa yoluxan 3036 tamaşaçı tribunadan izləyib. Onlar infeksiyanı digər 6376 nəfərə yayıblar.
Final matçı daha riskli olub. Belə ki, İngiltərə və İtaliya arasında baş tutan görüşdə 2295 koronavirusa yoluxan azarkeş infeksiyanı 3404 nəfərə ötürüb.
Qeyd edək ki, final görüşünü 67 min tamaşaçı izləyib. Modern.az
Follow @7timesaz