Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.
Bu barədə 7times.az-a Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlu su kanalında batıb.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Follow @7timesaz