Dünya

Cavad Zərif diplomatiya ilə vidalaşdı

Cavad Zərif diplomatiya ilə vidalaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vida mesajını yayımlayıb.

7times.az xəbər verir ki, şəxsi “Instagram” səhifəsində yayımlanan video mesajda artıq sabiq XİN rəhbəri 40 illik diplomat karyerasına son qoyduğunu bildirib.

“Məni bağışlayın, amma milli maraqları qorumaq üçün həmişə istədiyim kimi danışa bilmirdim və hətta hərəkətlərimi müdafiə edə bilmirdim. Şəhadət verirəm ki, xarici siyasət sahəsində xidmət etdiyim 40 il ərzində mənim maraqlarımızdan başqa heç bir meyarım yox idi”.

Nazir həmçinin bütün çatışmazlıqlara görə xalqdan üzr istəyib və bağışlanmasını diləyib.

Cavad  Zərif bundan sonra fəaliyyətini Tehran Universitetində davam etdirəcəyini bildirib.