Daxili İşlər Nazirliyi Abşeronda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
7times.az xəbər verir ki, nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində A.Məmmədovun və B.Şahmuradovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və 7 nəfər sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Tamam Muradova orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Follow @7timesaz