Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə 650 nəfəri Əfqanıstandan təxliyə edib.
7Times.az xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Skott Morrison KİV-nə verdiyi müsahibəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, bununla da Avstraliya hökuməti tərəfindən Əfqanıstandan təxliyə edilənlərin ümumi sayı 1700-ə çatıb.
Avstraliyanın Müdafiə Nazirliyinin məlumatına görə isə, Əfqanıstandan təxliyə olunan şəxslər ölkənin Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirliyindəki bazasında yerləşdirilib.
Həmçinin, qeyd olunur ki, təxliyə olunanlardan yalnız 270-dən bir qədər çoxu buradan Melburn şəhərinə köçürülüb.
Follow @7timesaz