Dünya

Ürək parçalayan REALLIQ: Bu ölkədə hər 10 dəqiqədən bir UŞAQ ÖLÜR

Ürək parçalayan REALLIQ: Bu ölkədə hər 10 dəqiqədən bir UŞAQ ÖLÜRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür.

7Times.az xəbər verir ki, BMT-nin hesablamalarına görə, ölkədə sağ qalmaq üçün humanitar yardıma ehtiyacı olan ən az 11.3 milyon uşaq var və 2.3 milyon uşaq isə qida çatışmazlığından həyatını itirir. Hazırda ölkədə 5 yaşınadək təxminən 400 min uşaq kəskin qidalanma problemindən əziyyət çəkir və sonda müəyyən ölümlə üzləşirlər.

Baş katibin humanitar məsələlər üzrə müavini və Fövqəladə Hallar üzrə Koordinatoru Martin Griffiths, hazırda Yəməndə yeməklərin “müharibədən əvvəlkindən üç qat daha bahalı” olduğunu və yanacağın 4 qat daha bahalı olduğunu vurğuladı.

Qeyd edək ki, Yəməndə beynəlxalq səviyyədə tanınan hökumətin tərəfində olan qüvvələrlə Yəmənin şimalında hakimiyyəti ələ keçirən Ənsar Allah üsyançıları arasında döyüşlər 2014-cü ildən bəri davam edir. Pandemiya səbəbi ilə şiddətlənən bu vəziyyət ən böyük humanitar fəlakətə yol açıb.Metbuat.az