Əfqanıstanda qaçırıldığı iddia edilən Ukrayna təyyarəsini varlı əfqan iş adamları valyuta, qızıl və qiymətli daşlarla satın alıblar.
Yenisabah.az “Strana.ua”ya istinadla xəbər verir ki, bunu Ukrayna nəşrinin mənbələri bildirib.
Yerli iş adamları ailələri ilə birlikdə Ukraynaya məxsus təyyarə ilə İrana gediblər.
“Yəni qaçırma olmayıb, amma əslində, Ukrayna hərbi heyəti sadəcə satın alınıb”, – deyə aviasiya dairələrindəki “Strana” mənbə bu məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, təyyarədə İrana gediş haqqını valyuta, qızıl və qiymətli daşlarla ödəyən zəngin şiə həzaralar olub. “Yəni heç bir qaçırıma baş verməyib”.
Bundan əlavə, Ukrayna nəşri mənbələrə istinadən xəbər verib ki, Ukrayna təyyarələrində təxliyə edilən əfqan qaçqınların çoxu təyyarədəki oturacaqlarını xeyli pul hesabına alıb və bu “ödənişlər rəsmi kassadan keçib”.
Xatırladaq ki, Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin keçən həftə ukraynalıları Əfqanıstandan çıxarmalı olan Ukrayna təyyarəsinin naməlum şəxslər tərəfindən ələ keçirildiyini və İrana qaçırıldığını bildirib. Daha sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko təyyarənin qaçırılması ilə bağlı məlumatı təkzib edib və bütün təyyarələrin təhlükəsiz şəkildə ölkəyə qayıtdığını bildirib.
İranın Mülki Aviasiya İdarəsinin mətbuat katibi Məhəmməd Həsən Zibəxş də qaçırılma hadisəsini təkzib edib.
Follow @7timesaz