“Türkiyə Mərkəzi Bankımızın ehtiyyatları hazırda 109 milyard dollar səviyyəsindədir. Qarşıdakı günlərdə bu göstərici 115 milyard dolları keçəcək”.
7times.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, son dövrlər məzənnədəki qeyri-müəyyənlik və xarici təzyiqlər ölkənin milli gəlirinin azalmasına səbəb olsa da ən qısa zamanda bu göstərici 1 trilyon dolları ötəcək. Ərdoğan bildirib ki, yerli avtomobillərin istehsal prosesi planlaşdırıldığı kimi davam edir və 2023-cü ildən etibarən bu avtomobillər hazır olacaq.Kanal.az
Follow @7timesaz