“Bir tərəfdən hər kəs insanları peyvənd olmağa, ölümcül virusdan qorunmağa səsləyir. Digər tərəfdə ölkə səhiyyə sistemi çökmüş vəziyyətdə. Bu gün saat 4-5 arası Yasamalda 39 saylı Şəhər Poliklinikasında gördüyüm anarxiyanı sözlə təsəvvür etmək mümkün deyil”.
7times.az xəbər verir ki, bu barədə hüquqşünas, ictimai fəal Ələsgər Əhmədoğlu qeyd edib.
O bildirib ki, eyni saata yüzlərlə şəxsi portalda qeydiyyatdan keçirib, poleklinikaya gəlib:
“Səhər 11-də də qeydiyyatdan keçən, 16-da da qeydiyyatdan keçən kağıza yazılıb əlinə dürtlmüş nömrənin gəlməsini gözləyir. sırada 150-dən çox adam gözləyir. Yarı-qaranlıq, havasız dar koridorda 150 nəfər bir-birini sıxışdıraraq, zorla durub. Tək bir həkim və 1 tibb bacısı və 1 qeydiyyatçı həm peyvənd olmalı şəxsin müayinəsini aparmalı, həm qeydiyyatın aparıb, sistemə keçirməli həm də ona peyvənd vurmalıdır. İnfeksionisti isə saat 2-dək işləyirmiş, evə gedib.
Həkimə sual verib, durumu izah edirsən, dərhal özünə “nəzarətçi” deyən, adı-soyadı məchul olan (açıqlamamaqda dirənən) bir şəxs dərdini izah edən vətəndaşa hücum edib, onu həbs etdirməklə hədələyir, təhqir edir.
Həkimə sual verirsən ki, bu özünə nəzarətçi deyib, ətrafa hədə-qorxu, təhqir yağdıran zatın adı, soyadı nədir? Həkim qorxaqcasına bilmirəm cavabı verir. Yəni bu o deməkdir ki, hansısa qeyri-qanuni şəxslər dövlətin poliklinikasını zəbt edib, vətəndaşlara hədə-qorxu gəlir”.
Hüquqşünas Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət edib:
“Burdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə səslənirəm, təcili tədbir görün. Vətəndaşların peyvənd olmasına normal şərait yaradın, müraciətə uyğun həkim və tibb bacısı ayırın. İnfeksoinist həkimləri yarım gün işlətməyin. Dövlət xəstəxanasına, poliklinikasına ad-soyadı gizli olan qoçuları buraxmayın, onları məsuliyyətə cəlb edin.
39 saylı Şəhər Poliklinikasındakı anarxiyaya son verin!”.