Dünya

Peskov təkzib etdi:  Navalnıya görə komissiya yaradılmır

Peskov təkzib etdi:  Navalnıya görə komissiya yaradılmırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Rusiyanın Aleksey Navalnı ilə baş verən insidentlə bağlı komissiya yaratmağa hazırlaşdığına dair məlumatlara münasibət bildirib.

7times.az APA-ya istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq haqqında xəbərlərin doğru olmadığını söyləyib: “İstisna etmirəm ki, hansısa anlaşılmazlıq yaranıb. Həqiqətən də Putin italiyalı həmkarı ilə telefon danışığı zamanı Berlindəki xəstə mövzusuna toxunub. Prezident həmkarını istintaqa qədərki fəaliyyət, cinayət işi başlanması üçün de-yure əsasın olmaması və rusiyalı mütəxəssislərin bütün təhlillərinin zəhərləyici maddələrin olmadığını göstərdiyi barədə məlumatlandırıb”.

Kremlin sözçüsü Moskvanın baş vermiş hadisənin bütün detallarının tam ortaya çıxmasında maraqlı olduğunu da vurğulayıb. O, Rusiya tərəfinin almaniyalı həmkarlarından laboratoriyalarda aparılan təhlillərin nəticələri barədə cavab gözlədiyini də xatırladıb.