Dünya

Trampın 21 milyard dollarlıq divarı ÇÖKDÜ – FOTO

Trampın 21 milyard dollarlıq divarı ÇÖKDÜ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Meksika sərhədi arasında yerləşən keçmiş prezident Donald Tramp tərəfindən tikilmiş 21 milyard dollarlıq divar musson yağışlarına tab gətirə bilməyib.  

7Times.az  xəbər verir ki, Arizona ştatının Doqlas şəhərində keçən həftə başlayan musson yağışları 727 kilometr uzunluğunda olan “San Bernardino Ranch”  divarının çökməsinə səbəb olub. Mütəxəssislər divarın   bir hissəsinin sel sularına qərq olduğunu da dilə gətirib.

Qeyd edək ki, Trampın 2015-ci ildə ABŞ prezident seçkilərində namizəd olacağını elan edərkən,  “Mən böyük bir divar tikəcəyəm və heç kim məndən daha yaxşı divar inşa edə bilməz, inanın”, – deyə  çıxışında bildirmişdi.

Həmçinin də, “Mühacirlərin qarşısını almaq üçün ABŞ-ın cənub sərhədində planlaşdırdığı “böyük divarın”  keçilməz, maddi, hündür, güclü və gözəl”  olacağını  da vurğulamışdı. Unikal.org