Bakıda Nəsimi rayonu ərazisində bir neçə qızın iştirakı ilə əlbəyaxa dava baş verib.
Bu barədə BAKU.WS-in “Qaynar xətti”nə məlumat daxil olub.
Görüntülərdə qızların bir-biri ilə əlbəyaxa davaya çıxması öz əksini tapıb. Tərəflər arasında mübahisənin hansı səbəbdən yarandığı məlum deyil.
Qızların əlbəyaxa davası ətrafdan keçən insanların müdaxiləsi ilə səngiyib.