Məşhur türkiyəli müğənni koronavirusa yoluxub.
7Times.az xəbər verirki müğənni Ebru Polatın koronavirus testləri pozitiv çıxıb.
Bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Müğənni daim özünü ciddi qoruduğunu, evinə gələn peyvənd olunan, lakin virusa yoluxmuş qonaqlardan biri ucbatından virusa yoluxduğunu bildirib.
Qeyd edək ki, müğənni xəstəlik səbəbindən Eskişehir və Bodrumdakı konsertlərini təxirə salıb. O, yaxın günlərdə sevgilisi Tolgaha Yıldız ilə rəsmi nikaha daxil olacaq.lent.az
Follow @7timesaz