Dünya

Həbibin qadınlarla bağlı dedikləri qalmaqal yaratdı

Həbibin qadınlarla bağlı dedikləri qalmaqal yaratdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov açıqlamasına görə tənqid edilib.

7Times.az axşam.az-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı qatıldığı tədbirlərdən birində sualları cavablandırıb. İclas zamanı Həbibə işlərindən kənar suallar ünvanlanıb.

O, rinq zamanı növbəti mərhələni elan etmək üçün ora çıxan çimərlik geyimindəki qızlardan danışıb. “Bu, döyüş zamanı ən lazımsız məqamdır. Ekranda göstərin hansı turdur. Hansı funksiyanı daşıyırlar, nə məna verir? İdman tarixində lazımsız bir çox məqamlar var. Tarix bir daha sübut edir ki, onlar lazımsız insanlardır. Bu, mənim öz fikirlərimdir. Burada ilk növbədə idmandan danışırıq. İnsanlar şou istəyir, amma bunu qarışdırmaq lazım deyil. Qadınlara qarşı deyiləm. Qadın kişi üçün yaradılıb. Dediyimiz, danışdığımız və etdiyimiz hər şeyin öz çərçivəsi var” deyə, Nurməhəmmədov söyləyib.

Onun bu fikirləri qadınlara qarşı təhqir kimi qiymətlindirilib. Sosial şəbəkədə geniş müzakirə edilən fikirlər feministlər tərəfindən qınanılıb. Bir çoxları Həbibin qadın hüquqlarını tapdaladığını bildirib.

İdmançının fikirlərini yayımlayanlar arasında aparıcı Ksenya Sobçak da yer alıb. O, son günlər Əfqanıstanda qadınlara qarşı edilənləri xatırlayaraq görüntüyə aqressiv reaksiya verib:

“O, qadınları qapalı yerdə saxlayan “Taliban” lideri deyil. O, Rusiyanın məşhur idmançısıdır, bunu anlamaq lazımdır”.