Gündəm

Təhsil naziri vətəndaşlara müraciət etdi – Yeni iş yeri tapa bilərsiniz

Təhsil naziri vətəndaşlara müraciət etdi – Yeni iş yeri tapa bilərsinizbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib”.

7Times.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir:

“Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər”.

Metbuat.az