Hadisə

“Salyan OİL”in mühəndisini maşın vurdu: vəziyyəti ağırdır

“Salyan OİL”in mühəndisini maşın vurdu: vəziyyəti ağırdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında Salyan rayonunun Yolüstü kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7times.az-ın məlumatına görə, Bakı şəhər sakininin idarə etdiyi “Mitsubishi Pajero” markalı minik maşını yolu keçmək istəyərkən özünü çaşdıran, “Salyan Oil” şirkətinin mühəndisi, Şirvan şəhər sakini, 1964-cü ildə anadan olmuş Əbülfəz Akif oğlu Əhmədovu vurub.

Hadisə nəticəsində ağır kəllə-beyin xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. virtualaz.org