Uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov 80 yaşında vəfat edib.
7times.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Qeyd olunub ki, bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi.
“S.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunmuş, “Azərbaycan SSRİ-nin neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb. Zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Söhrab Salmanovun əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır”, – məlumatda bildirilib.
Follow @7timesaz