Hadisə iyulun 25-də ABŞ-da baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey kameranın yaddaşına köçürülmüş kadrlara baxılarkən üzə çıxıb.
Uils Brayn adlı yerli turistlərdən biri Arkanzas ştatının Ozark dağlarının yaylasında yerləşən istirahət mərkəzlərindən birinə dincəlməyə gedir. Yol mürəkkəb və qorxulu relyefə malik olsa da, təbiətin gözəlliyi adamı yormurdu: əzəmətli yaşıl dağlar, sıldırım qayalar, sağ və sol yamaclarda şəlalələr, göllər və s.
Uils artıq evində idi. Səfər təəssüratlarını yenidən yaşamaq üçün kameraya çəkdiklərinə baxmaq istədi. Lakin görüntüləri nəzərdən keçirdikcə, sözün əsl mənasında şok yaşadı.
Yol boyunca planetimizdə heç kimin rast gəlmədiyi, insanın görmədiyi qəribə bir obyektin başı üzərində olduğunu görür. Təkrar-təkrar baxır… Bu obyektin yadplanetli olduğuna əmin olur. Maraqlısı o idi ki, kürəşəkilli Naməlum Uçan Obyekti (NUO) elm adamları da ilk dəfə görürdülər.
Məlumat üçün bildirək ki, Ozark ovalığı ABŞ-ın mərkəzi hissəsində Xüsusi Mədəni Tarixi və İstirahət Bölgəsi olaraq da tanınır. Ozarkın “ürəyi” Missuri ştatında yerləşir, daha kiçik sahələri şimalda Arkanzas, şimal-şərqdə Oklahoma və uzaq cənub-şərqdə Kanzas ştatına qədər uzanır.
Aşkar edilən görüntülərdən sonra Uils yarı zarafat, yarıgerçək belə bir fakir səsləndirir: “Ozarkın füsünkar təbiəti bəlkə də yadplanetliləri də cəlb etmişdi…”.