ABŞ Silahlı Qüvvələrinin Kabilə raket zərbələri endirməsi nəticəsində həlak olanların sayı artıb.
7Times.az-ın “CNN” telekanalına istinadən məlumatına görə, hücum nəticəsində 9 nəfər ölüb. Onların hamısı bir ailənin üzvü olub. Həlak olanların 6-sı uşaq olub və onların ən kiçiyinin 2 yaşı var.
“Afghanistan Times”ın daha əvvəl yaydığı məlumatda 7 nəfərin həlak olduğu bildirilirdi.
Bununla yanaşı, “CNN” telekanalının məlumatına görə, bu gün səhər Kabil hava limanına 5 raket atılıb. Bildirilir ki, raketləri zərərsizləşdirmək üçün “C-RAM” raket hücumundan müdafiə sistemi işə düşüb. Bununla belə, sistemin bütün raketləri zərərsizləşdirə bilməsi ilə bağlı hələ açıqlama verilməyib. İlkin ehtimallara görə, hücum “İŞİD” qruplaşması tərəfindən həyata keçirilib. Həmçinin, hücum nəticəsində yaralıların olub-olmaması bəlli deyil.
Follow @7timesaz