Hindistanın Uttar-Pradeş ştatında son 10 gündə denq qızdırmasından azı 53 nəfər dünyasını dəyişib.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “NDTV” yayıb.
Məlumata əsasən, ştatın Firuzabad bölgəsində ölənlərin 45-i uşaqlardır.
Həmçinin qeyd olunur ki, uşaqların əksəriyyəti viruslu qızdırma xəstəliyindən əziyyət çəkir. Bununla belə, onların bəzilərində denq qızdırması aşkar olunub. Hazırda bununla əlaqədar olaraq, xəstəxanada 186 nəfər müalicə alır. Bu şəxslərin də əksəriyyətini uşaqlar təşkil edir.
Qeyd edək ki, ştatda sözügedən bu xəstəliyin yayılması səbəbindən sentyabrın 6-na qədər dövlət və özəl məktəblərdə 1-ci sinifdən 8-ci sinifə qədər dərslər dayandırılıb.
Follow @7timesaz