“Baydenin bəyanatı doğrudursa, dünyada sakitlik olacaq”.
7Times.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər Baydenin başqa ölkələrin işlərinə mane olmamaq barədə bəyanatı doğrudursa, deməli, dünyada sakitlik olacaq. Rusiya Mərkəzi Asiyadakı əməkdaşları ilə birgə Əfqanıstanda vəziyyətin nizamlanmasında birgə fəaliyyət göstərmək məsələsi üzərində işləyir”, – o bildirib.
Lavrovun sözlərinə görə, Rusiya Bayden və Makronun digər ölkələrə demokratiya tətbiq edilməsinin dayandırılması barədə bəyanatlarını məmnuniyyətlə qarşılayır.
report
Follow @7timesaz