Pentaqon ABŞ ordusunun son günlərdə Suriyadakı bir sıra hərbi bazaları tərk etməsi barədə KİV-də gedən məlumatları təkzib edib.
Bu barədə 7Times.az “RİA Novosti”yə istinadən xəbər verir.
“Bu, belə deyil. Suriyadakı missiyamızın parametrləri eyni qalır”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “RİA Novosti”yə deyib.
Daha əvvəl İran KİV-i bildirmişdi ki, ABŞ qoşunları Suriya ərazisində üç bazanı tərk edib.