Türkiyəli müğənni Yıldız Tilbənin 18 sentyabrda Kiprdə keçirəcəyi konsert ləğv olunub.
7Times.az xəbər verir ki, 55 yaşlı müğənni sosial media hesabında peyvənd olunmağa və koronavirus testi verməyə etiraz edib.
“İstəyən peyvənd olunar, istəməyən olunmaz. Bu, insanların şəxsi seçimidir. İnsan hüquqları toxunulmazdır. Peyvənd pasportu tələb etmək konsertə gedənlərə qarşı qəddarlıqdan başqa bir şey deyil. Kinoteatrda film seyr etmək, səyahət etmək üçün koronavirus testi qəddarlıqdır. Öz konsertimə getmək üçün peyvənd olunmayacam. Məndən uzaq durun”,- müğənni qeyd edib.
Qeyd edək ki, Türkiyədə sentyabrın 6-dan etibarən konsertlərə və tədbirlərə gedəcək insanlara peyvəndləmə məcburi olub.
(konkret.az)
Follow @7timesaz