Dünya

“Google” Əfqanıstan hökumətinin elektron poçt hesablarını bağladı

“Google” Əfqanıstan hökumətinin elektron poçt hesablarını bağladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Google” şirkəti Əfqanıstan hökumətinin elektron poçt hesablarını müvəqqəti olaraq bağlayıb.

Qeyd edilir ki, “Taliban” hərəkatının nümayəndələri serverlərdə saxlanılan e-poçt və rəqəmsal sənədlərə giriş əldə etməyə çalışırlar.

Sözügedən sənədlər Əfqanıstan hökumət orqanlarının maliyyə, sənaye və ali təhsil nazirliklərinin hesabları da daxil olmaqla, təxminən iyirmiyə yaxın hesablarda saxlanılır. Bu sənədlər “Taliban”ın əlinə keçərsə, onlar keçmiş administrasiya işçiləri, keçmiş nazirlər və xarici tərəfdaşlar haqqında məlumatlar əldə edə bilərlər.

Mənbə: “Reuters”