İraqın Kərkük şəhərində İŞİD terror təşkilatı İraq Federal Polisinin müşahidə məntəqəsinə hücum edib.
7times.az xəbər verir ki, bu barədə Kərkük Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə iki polis həyatını itirib. Terror baş verən əraziyə yollanan hərbi maşınların keçdiyi yola qoyulan bombaların partladılması nəticəsində isə daha 10 polis həlak olub.
Terror hücumundan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb. Qafqazinfo.az
Follow @7timesaz