Şəkidə həkim koronavirusun qurbanı olub.
7Times.az “Report”a istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.
Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.
Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.
Follow @7timesaz