Dünya

“Taliban” Pəncşiri ələ keçirdiyini elan etdi

“Taliban” Pəncşiri ələ keçirdiyini elan etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə “Taliban”ın nəzarəti altına keçib”.

7Times.az xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid öz tvitter hesabında açıqlayıb.

“Ölkədəki tam təhlükəsizliyi təmin etmək üçün son cəhdlər öz bəhrəsini verdi və Pəncşir vilayəti tam olaraq İslam əmirliyinin nəzarəti altına keçdi”, – deyə Mücahid qeyd edib.

O, həmçinin əlavə edib ki, üsyançılardan bəziləri məğlub olub, bəziləri isə qaçıb. Bununla yanaşı, “Taliban” Pəncşir sakinlərinin azadlıqlarını məhdudlaşdırmayacağını elan edib.

Qeyd edək ki, daha əvvəl “Taliban” sözçüsü Bilal Kərimi Pəncşiri tamamilə ələ keçirdiklərini bildirmişdi. Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh isə bu açıqlamanı təkzib etmiş, müqavimətin davam etdiyini vurğulamışdı.